Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu
Polşa Rusiya təyyarəsini havada ələ keçirdi
Toydan 1 gün sonra ölən gəlin 7 aylıq hamilə imiş
Babi Yar qətliamı... - Görün dünyada nələr olub?
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
Direktorların vatsap qrupunda qalmaqal
Azərbaycan XİN Türkiyəni təbrik edib


05.07.2021  09:43 

Filippindəki qəzada ölən hərbçilərin sayı artdı





A+  A-

Filippinin cənub-qərbində hərbi hava qüvvələrinə məxsus təyyarənin qəzaya düşməsi nəticəsində həlak olanların sayı 50-yə yüksəlib, onlardan üçü mülki vətəndaşdır.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 49 hərbçi xəsarət alıb.

Daha əvvəl verilən məlumatda 45 nəfərin həlak olduğu bildirilirdi. Bu şəxslərin 42-si qəza zamanı təyyarənin göyərtəsində, 3-ü isə təyyarənin qəzaya düşdüyü ərazidə həlak olub.

Filippin hərbi qüvvələrinin rəsmi nümayəndəsi Eqard Arevalonun verdiyi məlumata əsasən, mütəxəssislər itkin düşmüş 5 hərbçinin cəsədini aşkarlayıb. Bu səbəbdən də, qəza zamanı həlak olan hərbçilərin ümumi sayı 47-yə yüksəlib.

Bununla yanaşı, qəza zamanı adi vətəndaşlardan 4-ü yaralanıb. Ümumilikdə 32 nəfər xəstəxanaya yerləşdirilib.

O, həmçinin bildirib ki, hadisədən sonra “S-130” hərbi təyyarələrinin uçuşları dayandırılıb. Üç təyyarə hazırda təmir olunur.

Qeyd edək ki, qəza baş verən ərazidə axtarışlar dayandırılıb.

Xəbər 3641 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +