“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


30.04.2021  09:23 

ADNA-da törədilən terrordan 12 il ötür





A+  A-

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 12 il ötür.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində aşağıda adı olan şəxslər öldürülüb:

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

3. Neft qaz istehsalı və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü

10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü.

Yaralananların siyahısı:

1. İsayev Kənan

2. Mustafa Məhəmməd

3. Rüstəmbəyov Faiq

4. Şirəliyev İlkin Azər oğlu

5. Mustafayev Elşən Elbəy oğlu

6. Axundov Rəhman

7. Cəmiyev Elvin Azər oğlu

8. Hüseyinli Zemfira

9. Daas Muavviyyə

10. Seyidəhməd Əmru.

Xəbər 3723 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +