Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


22.07.2020  14:49 

22 seysmik stansiya gələn il Azərbaycana gətiriləcək





A+  A-

“Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsinin icrası ilə əlaqədar olaraq iyulun 22-də tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələrinin videokonfransı keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş direktorun müavinləri Ramiz İsgəndərov və Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Konfransda xarici tərəfdaş ölkələrdən olan nümayəndələr də iştirak ediblər.

Qeyd edək ki, layihə çərçivəsində Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Azərbaycanda 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, hazırda dünya ölkələrində COVİD19 virusu ilə bağlı pandemiya vəziyyəti davam etdiyinə görə stansiyaların 2021-ci ilin yanvar ayının sonlarında Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Müzakirələr zamanı yeni stansiyaların quraşdırılması üçün yerlərin seçilməsi, alınacaq cihazların parametrlərinə uyğun ilkin hazırlıq işlərinin aparılması və digər texniki məsələlərlə bağlı treninqlərin keçirilməsi qərara alınıb.

Xəbər 3045 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +