“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


29.04.2018  12:14 

Hacı İbrahim qardaşı Nazim İbrahimovdan “imtina etdi”: “O adam barəsində...”





A+  A-

Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev mətbuata son açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov haqqında narazılığını ifadə edib, onun sərəncamına verilən vəsaitlərin ünvanına çatmadığını və bütün bunlardan ölkə prezidentinin xəbərdar olduğunu vurğulayıb.
Son illər mətbuat Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, onun qardaşıları - "Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) və iş adamı Sahil İbrahimovun adını müxtəlif qaranlıq məsələlərdə hallandırır. Hətta iddialara görə, İbrahimovların mövqeləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin ifşasından sonra sarsılıb. O da qeyd edilir ki, iqtidarda dayaqlarını və nüfuzunu itirən qardaşlar haqqında ölkə rəhbərliyinə xoş olmayan məlumatlar çatdırılıb.

Xüsusilə Hacı İbrahim Nehrəmlinin “Beynəlxalq bank işi”nə görə bir neçə dəfə istintaq tərəfindən dindirilməsi və kredit oyunlarında iştirakının üzə çıxması, sahibkar qardaşı Sahil İbrahimovun tikinti şirkətində dələduzluq hallarının ifşa edilməsi və ən əsası qardaşlardan dövlət vəzifəsi daşıyan Nazim İbrahimovun rəhbəri olduğu komitədə “yuyulan” pulların araşdırılması bütövlükdə bu “ailə biznesi”nin sonunu gətirib.

Amma qardaşlar arasında qohumluq həddində isti münasbətlərin olmadığı heç kimə sirr deyil. Bəzi məlumatlara görə, Dövlət Komitəsindəki işini itirən Nazim İbrahimov Hacı İbrahim Nehrəmli ilə birgə çalışmağa, biznes fəaliyyətinə keçməyə hazırlaşır.

Məsələni dəqiqləşdirmək üçün Hacı İbrahim Nehrəmlinin mövqeyini öyrənməyə çalışdıq. XəzərNewsaz-ın məlumatına görə, Hacı İbrahim Modern.az-a açıqlamasında işlərilə bağlı hər hansı yenilik olmadığını, hələ də gözləmə mövqeyində qaldığını bildirib:

“Hələ ki, işlər istədiyimiz səviyyədə getmir”.

Nazim İbrahimovla birgə fəaliyyət göstərməsinə gəlincə, İ.Nehrəmlinin cavabı birmənalı olub:

“O ki qaldı, adını çəkdiyiniz şəxsə, xahiş edirəm mənə onun barəsində sual verməyin. O gün də bir jurnalist zəng vurdu, sonra baxdım mənim adımdan dastan boyda açıqlama yazıblar. Halbuki, o sözlər mənə aid deyil. Məndən özümə aid nə istəyirsiz soruşun, onun haqqında isə heç nə”.

Xəbər 3966 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +