Moskva üzərində 6 PUA məhv edilib
İranda güclü zəlzələ
Bərdə terrorundan 5 il ötür
Ukrayna bu ölkədən qırıcılar alacaq -Zelenski
Həyəcan təbili: quş qripi sürətlə yayılır
Kənan Heybətov dünya çempionu oldu
Ayfon işlədənlərin WhatsApp-ında problem: Statuslarda səs çıxmır
“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib


04.04.2018  14:49 

Maliyə Bazarlarına Nəzarət Palatası qanunları pozur





A+  A-

1 mart 2014-cü il tarixdən qüvvədə olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı yoxlamaların vahid məlumat reyestrinə verməyə borcludurlar.
Bu sözləri XəzərNews.az-a açıqlamasında hüquqşunas Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hər bir yoxlama qabaqcadan qeydiyyata alınmalıdır. Həmin Qanunun 3.2-ci maddəsində deyilir ki, həmin Qanunun tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş qanun pozuntusu faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

“Lakin Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) heç bir yoxlamasını sözügedən reyestrdə qeydiyyata aldırmır. Başqa sözlə, o cümlədən banklarda, bank olmayan kredit təşkilatlarında və sığorta təşkilatlarında apardığı bütün yoxlamalar qanunsuzdur. Həmin qurumlara qarşı tətbiq edilmiş sanksiyalar da qanunsuzdur. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı digər sənədlər və məlumatlarla yanaşı yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı da sahibkara təqdim etməlidir. Qanunun 20.2-ci maddəsində isə vurğulanır ki, göstərilən sənədlər təqdim edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Odur ki, banklar və digər yoxlanılan təşkilatlar Palatanı qova da bilər”, - deyə Ə.Həsənov bildirib.
Ə.Həsənov əlavə edib ki, yoxlamaları belə qanunsuz olan maliyyə sektorundan, onun bank sistemindən, sığorta bazarından müsbət nə gözləmək olar? Palata əlahiddə dövlətdir məgər ki, istədiyini edir? Axı biz ümidli idik ki, bu Palata (əvvəl “Reanimasiya”ya, sonradan isə “Morq”a çevrilmiş) maliyyə sektorunun sağlamlaşdırılması yeri olacaq. Daha demədik ki, növbəti qanunsuzluq qurumu olsun.

Xəbər 3696 dəfə oxunub.




27.10.2025  00:41 

İranda güclü zəlzələ

27.10.2025  00:30 

Bərdə terrorundan 5 il ötür

25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +