İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


06.02.2018  09:25 

Sürüşmə zonalarından son xəbər





A+  A-

“Son günlər ərzində Bayıl yamacında – Teleqüllənin yaxınlığında sürüşmənin dinamikasında ciddi dəyişiklik baş verməyib”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, son günlər ərzində yağıntılar müşahidə edilmədiyindən ərazidəki vəziyyət stabil qalır: “Teleqüllənin yaxınlığında monitorinq məqsədilə quraşdırılmış mayaklarda heç bir dəyişiklik müşahidə edilməsə də, proses davam edir. Ona görə də birmənalı olaraq, demək olmaz ki, burada sürüşmə prosesi dayanıb. Texnogen və təbii amillərin təsirindən ərazidə sürüşmə yenidən aktivləşə bilər”.
R.Həsənov hazırda ərazidə hər hansı möhkəmlətmə işlərinin aparılmadığını da söyləyib.

Nazirlik rəsmisi əlavə edib ki, Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesi davam edir. Mövsümlə əlaqədar olaraq, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Nizami küçəsi boyunca bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca qrunt sularının qalxması müşahidə edilir.

Xəbər 3000 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +