Azərbaycan XİN Türkiyəni təbrik edib
Paşinyan “sensasion xəbər”i açıqladı
İstanbulda yaşayış binası çökdü -VİDEO
Ağdam rayonuna köç karvanı yola salındı
İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu


15.01.2018  12:39 

Türkiyədə aşkarlanan “quş qripi“ Azərbaycana keçə bilər?..





A+  A-

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, ölkənin Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb.
XəzərNews.az bildirir ki, qonşu ölkədə aşkarlanan virusun Azərbaycan üçün təhlükəsilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Modern.az-a açıqlama verib. Y.Xanvəli deyib ki, bu məlumat rəsmi olaraq təsdiqlənməyib:

“Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlandığına dair məlumat yayılıb. Amma Ümumdünya Dünya Heyvan Sağlamlıq Təşkilatı və rəsmi Türkiyə tərəfindən bizə hər hansı məlumat daxil olmayıb”.



Onun sözlərinə görə, rəsmi məlumatın olub-olmamasından asılı olmayaraq, KİV-lərdə yayılan məlumatlar qurumun diqqətindədir:

“Xüsusilə bildirim ki, qeyd olunan bölgədən ölkəmizə diri quş və quş əti gətirilmir. Hazırda “quş qripi” və digər yoluxucu xəstəliklərə görə Azərbaycanda ekzotik vəziyyət sabitdir. Sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyatı qurumlarla birgə lazımi tədbirləri həyata keçirir”.

Xəbər 2715 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib


BÜTÜN XƏBƏRLƏR +