“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır
Daha bir YAP-çı deputatın paylaşımı qalmaqal yaradıb
Xaricidə işə düzəltmək adı ilə dələduzluq...
İlham Əliyevin Serbiyaya səfəri gözlənilir
ABŞ kəşfiyyatı: Putin müharibəni dayandırmaq...
Pulu büdcədən 5 dəfə çox olan mer həbs olundu


03.12.2017  09:58 

ABŞ Suriya kürdlərinə dəstəyini dayandırır





A+  A-

Birləşmiş Ştatlar "Suriya Demokratik Gücləri"nin (YPG) kürd dəstələrinə silah göndərilməsini dayandıracaq, çünki koalisiya hücum əməliyyatlarını dayandırır və bu dəstək artıq lazım deyil.
XəzərNews.az TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib.

"YPG silahlandırılıb və bir halda ki, koalisiya hücum əməliyyatlarını durdurur, görünür, daha bu lazım deyil. Təhlükəsizlik lazımdır, yerli bölmələr içərisindən polisin gücü lazımdır. Bunlar o insanlar olacaqlar ki, İŞİD-in qayıtmayacağına zəmanət verəcəklər”, - deyə Mettis vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bundan sonra Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklərini bəyan edib.

Ağ Ev həmin açıqlamadan sonra izahla çıxış etmək məcburiyyətində qaldı. Bildirildi ki, bu məsələ həqiqətən müzakirə edilirdi, amma ABŞ Administrasiyasının başçısı YPG-yə hərbi dəstəyin dayandırılması barədə öz üzərinə heç bir öhdəlik götürməyib.

Xəbər 3040 dəfə oxunub.




29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +