Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video


16.06.2017  16:48 

Zakir Həsənov: “Daim müharibəyə hazır olmalıyıq...”





A+  A-

İyunun 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışının məzunları ilə görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və gənc leytenantların iştirakı ilə keçirilən tədbir öncə şəhidlərin xatirəsi yad edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edərək ilk zabit rütbələri almaları münasibətilə onları təbrik edib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə aparılan islahatlar, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlər, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi barədə danışan müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb.

Nazir deyib:

“Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edilir, modernləşmə aparılır, müxtəlif səviyyəli genişmiqyaslı təlimlər keçirilir, yeni poliqonlar tikilir, mütəxəssislərin hazırlığı və digər fəaliyyətlər davam etdirilir”.

Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.

Nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə və dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir.

“Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalısınız. Ordu qarşısında bir vəzifə dayanır - müharibəyə hazır olmaq və torpaqlarımızı düşməndən azad etməklə ərazi bütövlüyümüzü təmin etmək” - deyə general-polkovnik Z.Həsənov vurğulayıb.

Müdafiə naziri çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcək.

Xəbər 2817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +