İlham Əliyev Zəngilana səfər edib
Əhmədzadənin həbsi ilə... 32 azərbaycanlı uşağın təhsili yarıda qaldı
“Lukoyl” Azərbaycandakı məntəqələrini satışa çıxardı
“Bolmart” supermarketlər şəbəkəsi bağlanıb
Deputatın üçüncü oğlu üzə çıxdı
Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir


06.04.2017  13:56 

“Biznes imperiyası“na sahib olan deputatın obyektinin GÖRÜNTÜLƏRİ YAYILDI





A+  A-

Parlamentin qalmaqallı çıxışları ilə tez-tez gündəmə gələn, maaşından gileylənən deputatı Hadı Rəcəblinin Lənkərandakı biznesindən yeni fotolar əldə etmişik.
XəzərNews.az bildirir ki, BakiPost.az-a göndərilən fotolarda millət vəkilinin uşaq xəstəxanasının özəlləşdirdiyi binasında fəaliyyətə başlayan "Mayak” hoteli öz əksini tapıb. Bu obyekt şəhərin mərkəzində yerləşir.

H.Rəcəbli həmin hotel-restoranın ona aid olmadığını desə də, sözügedən tarixi binanın özəlləşdirilməsində mühüm təsiri olduğu bildirilir.
Hazırda "Mayak” hoteli deputatın Lənkəranda Maliyyə İdarəsinin rəisi olan qardaşı İqbal Rəcəbovun nəzarətində olduğu xəbər verilir.
İ.Rəcəbovun hotel biznesi oğlu tərəfindən idarə edilir. Deputatın qardaşı uzun illərdir ki, maliyyə rəisidir. O, azı 4-5 icra başçısı ilə işləyib və hər biri H.Rəcəblinin qardaşı ilə hesablaşıb.

İndisə uşaq xəstəxanası hotelə çevrilib. Binanın birinci mərtəbəsi "Zaminbank”ın filialı olsa da, artıq bankın lisenziyası ləğv edilib deyə fəaliyyəti formal xarakter daşıyır.

Əldə etdiyimiz məlumata görə, "Mayak”da gecələmək 40 manatdır və bu məbləğə səhər yeməyi də daxildir.
Hotelin kafesi və restoranı fəaliyyətdədir. Lənkəranda bu obyektin Rəcəbovlar ailəsinə aid olduğunu bilməyən adam çətin tapılsın. Axşamlar "Mayak”ın kafesində canlanma müşahidə olunur. Hətta burada karaoke də var.

Bu bina uzun illər Lənkəran Dövlət Uşaq Xəstəxanası olub və tarixi binalar siyahısındadır.
Uşaq xəstəxanasının Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə birləşdirilməsindən sonra bina deputat və qardaşı tərəfindən alınıb.






Xəbər 3333 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +