“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


04.04.2017  11:01 

Ziya Məmmədov onları “böhtançı” adlandırdı





A+  A-

Sabiq nəqliyyat naziri Ziya Məmmədov ABŞ Senatının bir qrup aparıcı üzvünün prezident Donald Trampın Azərbaycandakı biznes fəaliyyətinin antikorrupsiya və sanksiyalar haqqında qanunları pozub-pozmadığının araşdırılması ilə bağlı müraciətlərinə münasibət bildirib. Yada salaq ki, amerikalı senatorlar müraciətlərində “Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi “Trump Tower” göydələninin hansı hesabdan tikilməsinin araşdırılmasını da istəyiblər. ABŞ mətbuatında da bu haqda yazılar dərc olunub.
XəzərNews.az bildirir ki, Ziya Məmmədovla əlaqə saxlayan “Yeni Müsavat” əməkdaşı sabiq nazirdən həmin məsələdən məlumatlı olub-olmamasını soruşub. Z.Məmmədov ABŞ mətbuatında yazılanları şər-böhtan adlandırmaqla dəstəyi asıb: “Onlar böhtanla məşğuldurlar”.

Qeyd edək ki, senatorlar Trampın biznes fəaliyyəti ilə əlaqəli federal təhqiqatın keçirilməsinə çağırıblar. Onların fikrincə, sözügedən biznes, “çirkli pulların yuyulması” və İranın İslam Keşikçiləri Korpusuna (İİKK) bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi. Senatorlar Sherrod Brovn, Ben Cardin və Dianne Feinstein bu barədə narahatlıqlarını ABŞ maliyyə naziri Steven Mnuchin, baş prokuror Jeff Sessions və FTB-nin direktoru James Comeyə yazdıqları məktubda açıqlayıblar. Brovn, Cardin və Feinstein ABŞ Senatının Bank, Evtikmə və Şəhərsalma, Xarici Əlaqələr və Ədliyyə komitələrinin ən yüksək vəzifəli üzvləridir. ABŞ Konqresinin yaydığı məlumatda isə deyilir ki, senatorların narahatlığı 2017-ci il martın 13-də “New Yorker” jurnalında dərc edilmiş “Donald Trampın ən pis sazişi” adlı təhqiqat məqaləsində yazılanlardan qaynaqlanır. Bu məqalədə söhbət “Tramp Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi “Tramp Tower” göydələnindən gedir. Məqalədə yazılanlara görə, Məmmədovlar İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ilə bağlara malikdirlər. İİKK İranda əhəmiyyətli iqtisadi və siyasi qüdrətə malik seçmə hərbi qüvvədir. Sözügedən məktubda senatorlar yazırlar ki, məqalə “Trump Organization” təşkilatının Xaricdə Korrupsiya Əməlləri Qanununu (Foreign Corrupt Practices Act) pozub-pozmadığına dair suallar yaradıb. Tramp Bakı biznesindən çıxdığını elan edəndən sonra onun adını daşıyan lövhə götürülüb. Bu məqalədən bəlli olur ki, tikinti işində iştirak edən qurumlardan biri İİKK-nın maraqlarını təmsil edən qondarma təşkilat ola bilərdi. Məqalədən bunu da başa düşmək olar ki, İİKK “Trump Organization” təşkilatına edilmiş müəyyən ödənişlərin əsas mənbəyi ola bilərdi. Əgər bu baş veribsə, onda “Trump Organization” təşkilatı ABŞ sanksiyalar qanununu birbaşa pozmuş sayılır. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədov bu iddialarla bağlı media qurumlarının sorğularına cavab verməyiblər. Donald Tramp prezident seçkisi kampaniyası dövründə Azərbaycandakı biznes sazişindən çıxdığını elan edib. Bakıda tikilmiş göydələndən “Trump” lövhəsi çıxarılıb. Ziya Məmmədov ötən ay nəqliyyat naziri vəzifəsindən azad edilib.

Xəbər 4734 dəfə oxunub.




27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +