“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


06.03.2017  14:12 

“Narkotikdən gələn gəliri əldən vermək istəmirlər” - Deputat





A+  A-

Xəbər verdiyimiz kimi, ötən həftə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun polislərin plan doldurmaqla məşğul olduğunu deməsi ictimaiyyət arasında marağa səbəb olub.
XəzərNews.az xəbər verir ki, Kollegiya sədrinin açıqlaması bir qədər gözlənilməz olsa da, sosial şəbəkə istifadəçiləri məsələnin əsaslı olduğunu vurğulayıb. Ş. Yusifov faktı onunla əsaslandırıb ki, Azərbaycanda həbs olunan hər 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham olunur:

“Bizə məhkumlar müraciət edirlər. Onlar xahiş edirlər ki, azad olunmalarına yardım göstərilsin. Bəziləri bildirirlər ki, qanunsuz yerə məhkum olunublar. Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldurlar. Cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun”.

Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimli bildirib ki, qeyd olunan məsələ hədsiz dərəcədə ağrılı yerimizdir və bir bəladır:

“Təsəvvür edin ki, insanlar təqib olunanda gedib meşənin içərisində vannanı asıb rəngləyərək onun da içində narkotik əkirlər. Burada 234-cü maddədə bütün sanksiyalarda həbs nəzərdə tutulur. Digər tərəfdən isə Şahin müəllim cənab prezidentin cəzanın humanistləşdirilməsi ilə bağlı öz mövqeyini doğru olaraq bildirir. İkincisi isə, hakimləri cəsarətə səsləməyi də yaxşı haldır.

Mən bu yaxınlarda Ağsu rayonunda polis orqanlarının rəhbərləri ilə söhbət edirdim. Onlar bir neçə dəstənin izinə düşüblər və həmin şəxsləri məhkum ediblər. Məhkəmə isə onlara həbslə bağlı olmayan cəza verib. Ancaq polis narazı olur ki, biz elə davranmasaq, həbs etməsək, həmin insanlar buna şirniklənəcəklər. Amma məsələyə konkret yanaşmaq lazımdır. Polisdən tələb olunur ki, ölkədə cinayətkarlığın qarşısını alsın. O biri yandan isə məhkum həbs edilməyəndə həvəslənməyə başlayır. İstənilən adam həbslə əlaqədar olmayan cəza aldıqda hər hansı cəzanı almağa hətta 10 dəfə belə razıdır. Çünki narkotikdən gələn gəliri əldən vermək istəmir”.

Millət vəkili polisin narkotik ittihamı ilə insanları həbs etməsi haqda ictimaiyyət arasında yayılmış fikrin bu məsələyə aid olmadığını vurğulayıb:

“Bu kimi fikirlər artıq polisin özünün cinayət əməlinə daxildir, o, özü şantaj edir. Polisin özünün bu cür işlərlə məşğul olması başqa cinayət tərkibli əməllərdir. Yəni hər 7 nəfərdən biri onlar deyil. Əlbəttə, polisin vəzifədən bu cür sui-istifadələri böyük narazılıq yaradır. Ancaq 234-cü maddə vətəndaşlarla bağlı maddədir. Bu məsələdə ictimaiyyətin də köməyi lazımdır. Polisləri də başa düşmək lazımdır. Çox çətin məsələdir. Əksinə, mən narazıyam ki, bu gün cinayət törədənlərin bəlkə də 10 faizi məsuliyyətə cəlb olunmur. Bu, böyük və kütləvi yayılmış xəstəlikdir. Ümumilikdə isə, respublikada narkomaniyaya qarşı mübarizə ilə bağlı böyük bir proqram qəbul olunmalıdır”.

Xəbər 4786 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +