“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


02.02.2017  11:59 

Əhmədov Novruzovun tənqidinə cavab verdi - “Onun ixtiyarı ...”





A+  A-


Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən yaz sessiyasının ilk iclasında YAP-çı deputat Siyavuş Novruzov bəzi həmkarlarının ünvanına sərt tənqid səsləndirmişdi.

Deputat çıxışında qeyd etmişdi ki, mətbuatda bəzi həmkarları Milli Məclisin işləmədiyini bəyan edirlər:

“İşləmirsənsə niyə buradan əməkhaqqı, mükafat alırsan?! Bizim payız sessiyasında nə qədər qanunlar qəbul olunub. Biz indi neyniyək? Divar hörməliyikmi? Başqası deyir ki, komanda dəyişməlidir. Komandanın sahibi var. Bu, cənab prezidentin komdandasıdır. Bu komanda nə qədər işlər görüb. Bunların birinin funksiyasını yerinə yetirə bilərsənmi? İki gün mətbuatda qalmaq üçün belə edirsiniz. Türkiyəyə baxıb coşursunuz”.

Məlumdur ki, deputatın çıxışında tənqid hədəfi olan deputatlardan biri də Vahid Əhmədovdur. Belə ki, V. Əhmədov üzvü olduğu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Rəqabət Məcəlləsi” nin qəbul edilməməsinə görə parlamenti günahlandırmışdı. Qeyd etmişdi ki, Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur: “Çünki biz lazım olan qanunları qəbul etmirik. Kiminsə mənafeyini müdafiə etmək məcburiyyətində qalırıq”.

Millət vəkili Vahid Əhmədova müraciət edərək həmkarının onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib. Millət vəkili qeyd edib ki,hər bir fikrə hörmətlə yanaşır: “Səsləndirilən Siyavuş Novruzovun fikirləridir. Onun məsələlərə münasibət bildirməyə ixtiyarı var. Hərənin öz fikri var. Mən də hər bir fikrə hörmətlə yanaşıram”.

(qafqazinfo.az)



Xəbər 3350 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +