Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video


29.09.2025  15:07 

Parisdə Natavan poeziya məclisi keçirilib - Foto





A+  A-

Paris şəhərində Azərbaycan səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis təşkil olunub.

XəzərNews.az xəbər verir ki, tədbirdə Fransanın ədəbiyyat və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, həmçinin jurnalistlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva XIX əsrin tanınmış Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə məlumat verib. Səfir Natavanın Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi dəyərli töhfələrdən, həmçinin xeyriyyəçilik fəaliyyətindən danışıb.



Daha sonra fransız və azərbaycanlı ədəbiyyatsevərlər şairənin yaradıcılığına dair çıxış ediblər.

Marsel Dramatik İncəsənət Konservatoriyasının məzunu Alain Tremoliers, “Rives Méditerranéenes” mədəniyyət təşkilatının prezidenti, şairə Fatima Chbibane və Strasburq Universitetinin tələbəsi, tərcüməçi Sitarə Quliyeva Natəvanın poeziyasının bədii məziyyətlərini vurğulayıb, onun qəzəllərini Azərbaycan və fransız dillərində səsləndiriblər.



Şairənin qəzəlləri tar və kamança ifası ilə müşayiət olunub. Səhnədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin dosenti, xalq artisti Elşən Mansurov çıxış ediblər. Muğamın ahəngi ilə poeziyanın vəhdəti dinləyicilərdə dərin təəssürat yaradıb.

Tədbirin sonunda iştirakçılar Mədəniyyət Mərkəzinin bağında ucaldılmış Xurşidbanu Natəvanın heykəli önündə xatirə şəkli çəkdiriblər.



Xəbər 5747 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +