“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


15.08.2025  12:32 

“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır





A+  A-

Konsertlərə, teatrlara, idman və əyləncə tədbirlərinə bilet satışını həyata keçirən “iTicket.az” baş tutmayan tədbir üçün alınan biletlərin pulunu geri qaytarmaqdan boyun qaçırır.

XəzərNews.az tribunainfo-ya istinadən xəbər verir ki, bu problemlə tədbirlərdən birinə bilet alan şikayətçi Elxan İsmayılzadə bildirib. O qeyd edib ki, tədbir təxirə salınıb, ancaq onların biletə ödədiyi pul geri qaytarılmır:

“Şikayətim “iTicket.az”dandır. Keçən ay “Dilək şarı” tədbiri keçirildi. Tədbirdən əvvəl zəng edib bildirdilər ki, əgər hava uyğun olmasa dilək şarı uçurmağa icazə verilməyəcək. Amma tədbir günü hava çox əla idi. Buna baxmayaraq, tədbirin təşkilatçısı kimi özünü təqdim edən şəxs “FHN icazə vermədiyi üçün ümumiyyətlə şar uçurdulmayacaq” dedi. Tədbirə gələnlər biletlərin qaytarılmasını tələb etdi və təşkilatçı bununla razılaşdı. Yerindəcə “iTticket”ə zəng etdim və təşkilatçı da danışdı. Biletin qaytarılacağını, bunun 14 iş günü ərzinə olacağını dedilər. Amma sonradan bildirdilər ki, yox, biz qaytarmayacağıq. Milyon bəhanə gətirirlər və bildirirlər ki, guya tədbir baş tutub.

Məndə bütün səs yazmalar, danışıqlar var. Hara və necə şikayət edim bunları”

Qarşı tərəfi dinləməyə hazırıq.



Xəbər 2132 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +