Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb
Zelenski Hakan Fidanı qəbul edib
Putin üçlü görüşə hazırdır? - Açıqlama
İcra ödənişləri 10 dəfəyədək artırılır
Vüsal Aslanov Aparat rəhbərini işdən çıxardı
MM-in növbədənkənar sessiyası çağırılıb
Müdafiə Nazirliyi erməniləri təkzib etdi
Mənimsəmə: Birinə həbs, digərinə ev dustaqlığı...
Hakan Fidan Kiyevə səfər edib
Sabah 36 dərəcə isti olacaq


25.08.2021  16:34 

“Valideynlər gecikdirilmiş peyvəndləri vurdursunlar” - Baş pediatr





A+  A-

Baş pediatr Erkin Rəhimov uşaqlarda son zaman tez-tez rast gəlinən kəskin bağırsaq infeksiyalarından danışıb.
XəzərNews.az xəbər verir ki, E. Rəhimov qeyd edib ki, rotavirus adlanan virus hər yay daha sıx yayılır: “Sadəcə insanda infeksiya törədir. Yoluxmuş olan insan nəcisi ilə bu virusu buraxır. Bu, hər yerdə ola bilər. Çirkli su, əl təmizliyi və.s. İnsandan insana keçə bilər. Uşaqlıq dövründə biz virusu keçirtdiyimiz üçün böyüklərdə nadirən infeksiya törədir. Qızdırma, qarıngetmə, qusmayla özünü büruzə verir.

Bu virusa böyüklərdə nadir halda rast gəlinir. Şəxsi gigiyenaya çox diqqət etmək lazımdır. Qusma çox varsa, damar yolu ilə mayeni təmin etmək lazımdır”.

E. Rəhimov əlavə edib ki, koronavirus uşaqlarda nadirən çox ağır fəsadlar törədir: “Ancaq valideynlər poliklinikalara getsinlər və rutin olan gecikdirilmiş bir peyvənd varsa, onu vurdursunlar. Uşaqlarınızın sağlamlığı sizin əlinizdədir. Bizdə normal yəni rutin olan peyvəndlərin vurulduğu poliklinikalar var. Orada giriş fərqli, tam sterildir. Uşaqlar tək-tək gəlsinlər və yoluxmasınlar. Ona görə mütləq peyvəndləri vurduraq”.

"Çox sevindiricidir ki, bəzi viruslara qarşı peyvəndlər var. Rotavirusa qarşı da peyvənd mövcuddur. 2-4-cü ayda uşaqlara buna qarşı peyvənd vurulur. 3 dəfə təyin ediləndə isə 2-4-6-cı ayında uşaqlara vurulur. 3 ay yarımı keçəndən sonra o peyvəndi vurmaq olmaz. Belə olan halda şəxsi gigiyenaya riayət etmək lazımdır", -deyə E.Rəhimov əlavə edib.

Xəbər 2634 dəfə oxunub.




30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +