Kişi sevgilisinin azyaşlı oğlu tərəfindən bıçaqlandı
Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?
Azərbaycanlıya işgəncə verənlərə cəza verildi
DTX-nin həbs etdiyi “Çaqqal“dan xəbər var
Binəqədidəki bağçada nə baş verir? - Video
Polis bu qadınları axtarır - Siyahı
“Azparking”in zəbt etdiyi yollar nə vaxt boşaldılacaq?
HƏMAS bir İsrail əsgərini əsirlikdən azad etdi
Zelenski Putindən başqa heç kəslə görüşməyəcək
Bank kartlarından 9 min manata yaxın pul oğurlanıb


25.08.2021  14:23 

Vətən Müharibəsi Qəhrəmanları və ailə üzvlərinə ev veriləcək





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik):

1.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin;

1.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin;

1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.

3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamın 1.1-ci bəndində göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər 2122 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?

12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +