“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


14.01.2021  17:29 

Məhsulun ölkəyə idxalına hansı halda icazə verilir?





A+  A-

“Ölkəyə hər hansı məhsul idxal edilərkən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar və baytarlıq nöqteyi-nəzərindən nəzarət tədbirləri həyata keçirilir. Malın sertifikatla eyniliyi, idxal tələblərinə uyunluğu araşdırılır. Şübhəli hal olarsa, mərkəzi fitosanitar laboratoriya və ya digər regional laboratoriyalarda qiymətləndirmə aparılır”.
XəzərNews.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Camal Quliyev “Təhlükəsiz qida” verilişində ölkə ərazisində həyata keçirilən fitosanitar nəzarət tədbirləri haqqında danışarkən bildirib. O qeyd edib ki, zərərli orqanizm aşkar edilərsə, məhdudlaşdırıcı və ya zərərsizləşdirmə tədbirləri həyata keçirilir. Tələblərə uyğun olduqda ölkəyə idxal olunmasına icazə verilir.

C. Quliyev, həmçinin 2020-ci il ərzində idxal olunan bitkilərdə rast gəlinən zərərvericilərdən danışıb: “2020-ci il ərzində Azərbaycanda idxal edilən bitki məhsullarında daha çox karantin tətbiq edilən alaq otları aşkar edilib. Həmçinin anbar zərərvericiləri, kartof məhsullarında hematodlar aşkarlanıb. Dənli-taxıl bitkilərində xüsusi aqreqatlar vasitəsilə rahatlıqla alaq otlarını təmizləmək olur. Bəzi hallarda isə məhsullarda zərərverici aşkarlandıqda həmin məhsullar məhv edilir və ya idxal və ixrac məhsullarından imtina olunur. Bütün bunlar zərərvericilərin ölkəyə daxil olmamasına hesablanıb”.



Xəbər 3950 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +