“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


09.02.2018  10:26 

Azərbaycan sərhədlərində qurulan gizli mərkəzlərin dəhşətli missiyası





A+  A-

Keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin (PENTAQON) maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalar meydana çıxmağa başlayıb.
XəzərNews.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik mətbuat konfransında deyib.

"Moskva Rusiya sərhədlərində Vaşinqtonun tibbi-bioloji fəallığından narahatdır. Keçmiş SSRİ-nin bir çox respublikasında mikrobioloji laboratoriyalar meydana çıxmağa başlayıb. Onlar birbaşa ABŞ Müdafiə Nazirliyinin vasitələri ilə təchiz edilib", - o qeyd edib.

Diplomatın sözlərinə görə, son illərdə Rusiya sərhədlərində bilavasitə ABŞ hərbi müəssisəsinin tibbi-bioloji fəallığı ilə bağlı ciddi problemlər mövcuddur.

Qeyd edək ki, ABŞ-ın dünya ölkələrində mikrobioloji laboratoriyalar yaratması zaman-zaman gündəmə gəlib. Bildirilir ki, Amerika geosiyasi ekspansiyası bəzən müxtəlif bioloji laboratoriyalar şəklində özünü göstərir. EADaily saytının yazdığına görə, ABŞ-da yaradılan referens-laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir.

Ermənistana gəlincə, ABŞ Rusiyanın müttəfiqinin ərazisində üç laboratoriya açıb. Bunlar İrəvan, Gümrü və İcevan şəhərlərində yerləşir. Layihəni ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təhlükələrinin azaldılması üzrə agentliyi maliyyələşdirir.

"Məlumatlandırılmış və qorunmuş istehlakçı" İctimai təşkilatın sədri Babken Pipoyanın fikrincə, referens-laboratoriyaların Ermənistan ərazisində fəaliyyəti ən müxtəlif problemləri və təhlükələri gətirə bilər.

Adətən təhlükəli infeksiyalar Afrika və Cənubi Asiya ölkələrində təsbit edilir. Amerika hərbçiləri bu ölkələrdə müvəffəqiyyətli epidemioloji vəziyyətə yüksək maraq göstərirlər. Ancaq Vaşinqtonun əsas geosiyasi rəqibi - Rusiya ilə coğrafi yaxınlığı olan ölkələrdə yaradılan "laboratoriyalar" Pentaqonun fəallığının prioritet istiqamətlərindəndir.

Xəbər 2724 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +