“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


18.11.2025  13:11 

Ukraynada Azərbaycan abidələrinin qorunmasına başlanılıb -FOTO





A+  A-

Ukraynada Azərbaycan abidələrinin hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənməsinə başlanılıb.

Bu barədə XəzərNews.az-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı məlumat verib.

“Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hava zərbəsindən və ümumiyyətlə Rusiya ordusunun Kyivə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kyiv vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işlərinə başlanılıb. Bunlara-Kyivdəki Heydər Əliyev parkında yerləşən Heydər Əliyevin abidəsi və fəvvarəsi. İrpin şəhərinin Dostluq parkındakı Zərifə Əliyevanın abidəsi, eləcə də, Kyivdə Nəsimi, Səməd Vurğun və Müslüm Moqamayevin abidələri daxildir.”-deyə Q.Osmanlı qeyd edib.

Qeyd edək ki, Azərbaycana məxsus abidələrin mühafizə işlərinin yaxın bir həftə ərzində tamamlanması nəzərdə tutulur. Abidələrin açılışı isə Rusiya-Ukrayna müharibəsi bitəndən sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.

İsmayıl Rəhimoğlu





Xəbər 1107 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +