“Napoli”- “Qarabağ” oyununu bu hakim idarə edəcək
Nazirin duruşu müzakirə yaratdı: Penitensiar Xidmətin açılış fotosu...
Keçmiş nazir Kiprdə hücuma məruz qalıb
Polşa “sülh planı”nda iştirak etməyə hazırdır
Zelenski dilemma qarşısında - Nə etməli?
Mingəçevirdəki qətllə bağlı... - Açıqlama
Keçmiş sevgilisinin dostu ilə birlikdə!
“Monqol quzusu – 12.99” - Marketlər bu əti niyə sevir?
Sabah hava yağmursuz keçəcək
Goranboyda yaşayış binasının döşəməsi çöküb


14.12.2021  23:06 

Tural Abbaslının toyudur - Tarix bəllidir





A+  A-

“Mən də hamı kimi toyuma qohum-əqrəba, dost-tanışı dəvət etmişəm. Siyasi cameədan isə şəxsi münasibətlərimizin formalaşdığı partiya sədrlərini çağırmışam”.

XəzərNews.az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Ağ partiya"nın sədri Tural Abbaslı toyu ilə bağlı danışarkən deyib.

Partiya sədri toyunun 21 dekabrda baş tutacağını bildirib. T.Abbaslı "Deputatlardan toya kimisə dəvət etmisinizmi?" sualına belə cavab verib:

"Mən onlarla yalnız debatlarda bir yerdə olmuşam. Şəxsi münasibətlərimiz olmadığı üçün deputatlardan heç kimi dəvət etməmişəm. Amma partiya sədrlərini çağırmışam. Partiya sədrlərinin 80 faizi toya dəvətlidir. İsa Qəmbər, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu, İqbal Ağazadə və b."

Tural Abbaslı toyu ilə bağlı məsələləri siyasiləşdirmədiyini deyib:

"Ola bilər, mən hansısa partiyanın siyasi dəst-xəttini bəyənməyim, amma şəxsi insani münasibətlər fərqlidir. Prezident Administirasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əməkdaşlarını da dəvət etmişəm. Onlarla ünsiyyətimiz var.

Siyasi səhnəni düşmənçilik çərçivəsindən çıxarmaq lazımdır. Məsələn, Türkiyədə iqtidar və müxalifət bir-birinə münasibətlərindən asılı olmayaraq, xeyirdə-şərdə bir yerdə olurlar. Biz də bu baxımdan cəmiyyətə nümunə olmalıyıq. Kim istəyir, iqtidardan, müxalifətdən gəlib toyumuzda iştirak edə bilər, qapımız açıqdır".

Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafillə ailə həyatı quracaq.

Xəbər 2985 dəfə oxunub.




23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu


BÜTÜN XƏBƏRLƏR +