“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


21.06.2018  23:54 

Bakıda qayda pozan yol polisi cəzalandırıldı





A+  A-

Bakıda yol polisi xidməti avtomobili ilə qayda pozub.
XəzərNews.az “Baku.ws”ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Verilən məlumata görə, 99 YP 250 dövlət nömrə nişanlı, YPX avtomobili Gülüstan sarayı yaxınlığında yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Həmin video DYP rəhbərliyi tərəfindən araşdırılıb və avtomobili idarə edən inspektor barəsində tədbir görülüb.

Bu barədə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik leytenantı Cəmşid Hənifəyev məlumat verib.

Bildirib ki, videogörüntü yayıldıqdan dərhal sonra araşdırma aparılıb. Həmin vaxt avtomobili idarə edən inspektor, polis serjantı Fuad Qasımov barəsində İXM uyğun olaraq 100 manat 4 bal məbləğində cərimə tətbiq edilib.

Eyni zamanda kobud qayda pozuntusuna yol verdiyi üçün həmin əməkdaş cəzalandırılaraq avtomobildən düşürülüb və piyada xidmətə cəlb olunub.

Xəbər 2924 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +