101 nəfər Azərbaycana readmissiya edilib
“Max Group” MMC dələduzluqda ittiham olunur
Zabitlərin hərbi xidmət müddəti 6 ay azaldılır
Ukrayna ordusu “Beriyev” zavoduna zərbələr endirib
İmamoğlu məhkəməyə çıxarılır
Daha bir vəkilin işinə xitam verildi
“Hansı yerli avtomobil, hansı istehsal? - Etiraz
Qurbanov bənzərsiz bir fenomendir
Sabah bu ərazidə qaz olmayacaq
Əfqanıstana zərbələr endirildi: Ölənlər var


18.06.2018  13:52 

Bayramın son günü üçün hava proqnozu





A+  A-

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Abşeron yarımadasında gecə 19-23°, gündüz 27-32°, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

İyunun 19-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənməsi və iyun ayı üçün səciyyəvi temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.

Xəbər 2734 dəfə oxunub.




25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq

25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın


BÜTÜN XƏBƏRLƏR +