Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb
DYP-dən xəbərdarlıq
Kiyev raketlə vuruldu: Ölənlər var
Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb


23.02.2017  23:54 

Lalə Şövkət siyasətə qayıdır - Gözlənilməz təkliflə...





A+  A-

“Lalə Şövkət Hacıyeva yaxın vaxtlarda yeniliklərlə bağlı çıxış edəcək. O, hal-hazırda Azərbaycan üçün islahatlar proqramı hazırlayır. Lalə xanımın hazırladığı islahatlar proqramının tərkibinə daxil olan təklif isə Azərbaycan üçün gözlənilməz bir təklif olacaq. Bu, Azərbaycanda bir çox siyasətçilər tərəfindən dərk edilməsi çətin olan gözlənilməz islahatlar təklifi olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temİrxan deyib.

Onun sözlərinə görə, ALP-nin lideri Lalə Şövkət köklü iqtisadi islahatlar yolunu tutub.

“Əsas məqsəd Azərbaycanda milli və siyasi birliyə, barışığa nail olmaqdır. Bu islahatlar həm dövlətimizə həm də xalqımıza xidmət edəcək. Əgər Lalə xanımın təklifinin səsləndirilməsi üçün yaxın zamanlarda münbit şərait olacaqsa, nəticəsi də ürəkaçan olacaq”

Saytın əldə etdiyi digər xəbərə görə Lalə Şövkət bu yaxınlarda xarici ölkələrin birinə oğlu Sidqi Şövkətlə birgə səfər edib. Səfərin məqsədi Xocalı soyqırımının ildönümü ilə bağlı olub. Lakin Lalə Şövkətin oğlu Sidqi Şövkətin sözlərinə görə hansısa xarici ölkəyə belə səfər təşkil edilməyib.

“Yayılan xəbərlər doğru deyil. Lalə xanım, səhhətində yaranan kiçik problemə görə heç yerə çıxmayıb”

Xəbər 5720 dəfə oxunub.




25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +