Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


28.03.2024  18:52 

Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb.

Xəzərnews.az xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Muradov iş üzrə hakim təyin edilib.

529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

Bu maddədə inzibati xəta növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

Qanunvericiliyə görə, barəsində 529.3-cü maddə ilə protokol tərtib edilən şəxs bu barədə məlumatlandırılır. Daha sonra iş baxılması üçün məhkəməyə göndərilir.

Ramiz Mehdiyevin ittiham olunduğu maddədən aydın olur ki, o, bundan əvvəl törətdiyi inzibati xətaya görə ona kəsilən cəriməni ödəməyib.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.//Qaynarinfo

Xəbər 5641 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +