Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


18.06.2025  17:10 

İrandakı Azərbaycan vətəndaşları Vətənə qayıda bilmir – Sərhədlərdə gecələyirik...





A+  A-

İrana müxtəlif məqsədlər üçün müvəqqəti səfər edən Azərbaycan vətəndaşları ölkəyə qayıda bilmirlər.

Bu barədə məlumatı XəzərNews.az-a hazırda ölkəyə gələ bilməyən vətəndaşlarımızdan biri verib.

O qeyd edib ki, İsrailinin İrana hava zərbələrindən sonra Azərbaycana qayıtmaq üçün ölkəmizin Tehrandakı səfirliyinə müraciət ediblər:

“Bizə dedilər ki, sərhədə getməyin, gözləyin, sizə kod veriləcək. Sonra məsləhət gördülər ki, İranı yalnız Türkiyəyə keçməklə tərk edə bilərsiniz. Biz də quru yolla Türkiyəyə, oradan da Naxçıvan sərhəddinə gəldik. Buradan da buraxmırlar. Deyirlər ki, təyyarə ilə gedin”.

Müsahibimiz bildirir ki, sərhəddə toplaşan Azərbaycan vətəndaşlarının bir çoxu aztəminatlıdır:

“Onların bəziləri həkimə, bəziləri səyahət, bəziləri də iş üçün İrana gəlib. Onların maddi vəziyyəti elə də yaxşı deyil, ümumiyyətlə hamı bilir ki, İrana gedənlər daha çox aztəminatlı insanlardır. Qalmışıq küçələrdə... Bəzi qruplar Astara, bəziləri də Biləsüvar sərhəd keçid məntəqəsinə toplaşıblar. Biz də hazırda İğdırdayıq. Səfirliyə də tez-tez zəng vuranda kobud danışır, insanları acılayırlar”.

Müsahibimiz qeyd edib ki, Rusiya, Qazaxıstan, Tacikistan və digər xarici ölkələrin vətəndaşlarının Astara sərhəd – keçid məntəqəsində şəkərbura-paxlava ilə qarşılananda düşündük ki, eyni münasibət Azərbaycan vətəndaşlarına da olacaq:

“Nəyinki qarşılanmaq, ümumiyyətlə bizi qəbul etmirlər. İnsanlar pərişan durumdadır. Nə edəcəyimizi bilmirik. Pulu olan, borc tapan təyyarəyə bilet alaraq vətənə qayıdır, imkansızlar isə sərhədlər də gecələyir”.

Qeyd edək ki, iki gün əvvəl Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə mətbuata bildirib ki, Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu, habelə İsraildəki səfirliyi ölkə vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirir və zəruri tədbirlər görür:

"Bununla əlaqədar, ilkin olaraq, İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir".




Xəbər 1835 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +