Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


25.02.2024  20:13 

Bir Allahım, bir də özüm bildim ki...-Mətanət İsgəndərlidən açıqlama





A+  A-

"Bir Allahım, bir də özüm bildim ki, nə əziyyət çəkdim. Hələ də o əziyyətləri yaşayıram. Allah uzaq eləsin, insanlar bir-birinə qarğış edib deyirlər ki, "Görüm sənin evin dağılsın". Dünyada evin dağılmasından dəhşətli bir şey yoxdur. Ən çox da uşaqlar zərbə alırlar".

Xəzərnews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "10-da görüşək" verilişində deyib. O, yaşadıqlarını sınaq adlandırıb:

"Həmişə bununla rahatlayıram, deyirəm ki, Allahın bir imtahanıdır. Bu dünyada elə bir insan yoxdur ki, onu Allah imtahana çəkməsin. Ancaq səbr göstərməlisən, çünki səbr edənləri Allah mükafatlandırır. Hər şeyi ona buraxıram. Deyirəm ki, mən çəkildim geri, sən özün idarə et, yoluna qoy. Görürəm ki, hər şey yavaş-yavaş öz yoluna düşür".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim keçmiş gəlini Canana ilə bir neçə il əvvəl qalmaqallı şəkildə boşanıb. Onlar arasındakı söz-söhbət illərdir bitmək bilmir.

Günay
Xəzərnews.az


Xəbər 989 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +