Goranboyda yaşayış binasının döşəməsi çöküb
Mehdiyevin səhhətində ciddi problem yaranıb?
Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin edib
Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib
Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib


26.12.2017  16:09 

“Reket“ jurnalistlə bağlı məhkəmə qərar verdi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, H. Vəliyev mühafizə altında məhkəməyə gətirilib.

İclasda məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən H. Vəliyev özünü təqsirli bilməyib.

Zərərçəkmiş Asif Bağırovun nümayəndəsi Elxan Quliyev çıxış edərək bildirib ki, dəymiş ziyan ödəndiyindən heç bir şikayət və tələbləri yoxdur.

Digər zərərçəkən Ramiz Cəbrayılovun nümayəndəsi də çıxış edərək dəymiş ziyanın ödənildiyini qeyd edib.

Daha sonra prosesə sədrlik edən hakim Fikrət Qəribov bildirib ki, DTX-dan məhkəməyə məktub göndərilib.

Bildirilib ki, DTX-ın təcridxanasında yer olmadığından Habil Vəliyevin Penitensiar Xidmətin İstintaq Təcridxanasını köçürülməsi təmin edilsin.
Vəkillər də Habil Vəliyevin Penitensiar Xidmətə köçürülməsini istəyiblər.

Məhkəmə Habil Vəliyev DTX-dan Pentensiar Xidmətin Təcridxanasına köçürülməsi barədə qərar qəbul edib.

Proses yanvarın 9-da davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H. Vəliyevin cinayət işindən ayrılıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Xəbər 3416 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +