Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


01.09.2024  16:57 

Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi





A+  A-

Bu gün Neftçalada çəkilən görüntülər sosial şəbəkədə trendə çevrildi. Bəli, söhbət 40 saylı seçki məntəqəsində deputatlığa namizəd Vafa Nağı ilə digər namizəd Tənzilə Rüstəmxanlının vəkil Hüseyn Qurbanov arasında yaranan qarşıdurmadan gedir. Təəssüf ki, bu hadisənin təqdimatında yenə də təhriflərə yol verildi. Bəziləri tərəfindən bilməyərəkdən, bəziləri tərəfindən isə məqsədli və qərəzli şəkildə...

Belə ki, Vəfa Nağını dəstəkləyən bir sıra sosial şəbəkə istifadəçiləri görüntülərə göz yumaraq "Tənzilə Rüstəmxanlının köməkçisi məntəqədə Vəfa Nağıya hücum çəkib onu vurdu", "Tənzilə Rüstəmxanlının vəkili digər namizədi şillələdi", "Tənzilə Rüstəmxanlının vəkili namizəd Vəfa Nağıya çəkilişə icazə vermədiyi üçün gərginlik yarandı" və s. məzmunlu paylaşımlar etdilər. Bu paylaşımlara hadisənin görüntüsünün əlavə edilməməsi təsadüfi deyildi. Çünki görüntülərdən açıq-aydın görünür ki, Vəfa Nağı qarşı tərəfi təxribata çəkir.

Əvvəlcə namizədin vəkilini "şərəfsiz" adlandırmaqla təhqir edir, ardınca isə fiziki zor tətbiq edir - əlindəki telefonla Hüseyn Qurbanovun burnundan itələyir. İkincinin davranışlarından isə qarşıdurmaya, dava-dalaşa getmək istəmədiyi hiss olunur. Çünki o, bir neçə dəfə Vəfa Nağıya əl-qol atmamaq, ona toxunmamaq barədə xəbərdarlıq edir.

V.Nağı telefonla sərt şəkildə burnundan itələdikdə isə Hüseyn Qurbanov da öz növbəsində onun əlini sərt bir hərəkətlə kənarlaşdırır. Bu zaman V.Nağı yenidən şillə ilə ona zərbə endirir. Hadisədən sonra V.Nağının bu hərəkət haqda dedikləri isə sadəcə gülüş doğurur: "Ağzından qoxu gəldiyi üçün onu özümdən uzaqlaşdırmağa çalışırdım"...

İkincisi, hadisədən sonra canlı yayım açmaqla Vəfa Nağının digər bir namizədə böhtan atdığı diqqət çəkdi. Belə ki, o, tamamilə başqa dairədən namizəd olan Samir Əsədlinin adını hallandırdı, onun tərəfindən döyüldüyünü bildirdi və cəzalandırılmasını tələb etdi. Halbuki Samir Əsədli hazırda namizəd olduğu Yardımlıdadır...

Üçüncüsü və ən təəssüf doğuranı isə həm seçki kampaniyası, həm də son insident zamanı Vəfa Nağı və dəstəkçilərinin türkçülüyü, Azərbaycan xalqını və onun ideallarını ələ salması, təhqir etməsi idi. Görəsən, V.Nağı ilə H.Qurbanov arasında yaşanan insidentdə xalqın günahı nə idi? V.Nağı niyə hər kəslə təhdid, söyüş dilində danışır, xalqı nəyə görə aşağılayırdı? Yoxsa haray-həşir salmaqla seçilməyin mümkünsüzlüyü, qələbəyə inamın itməsi və ümidsizliyi onu bu qədər qeyzləndirmişdi?

Amma deyəsən, məsələnin kökü daha dərindədir. Seçki kampaniyası zamanı Tənzilə Rüstəmxanlının "Vaz keçərmiyəm..." sözlərini sanki böyük bir qəbahətmiş kimi tirajlayan şəbəkəni xatırlayırsızmı? Öz aralarında rusca, ingilicsə danışan, hər fürstədə Azərbaycanı, onun maraqlarını, türkçülüyü hədəfə alan kosmopolit, novarçı, feminist, separatçı, liboş şəbəkəni... Avropadakı söyüş, haray-həşir müxalifətinin yetirmələri olan, "qurşaqdanaşağı mübarizə" üsullarıyla tanınan, Makron Avropasından qidalanan bu "mikrob"ların uzantıları artıq bölgələrimizə də yayılıblar...

Amma biz zaman-zaman bu kastadan olanların hansı əməl sahibi olduqlarını, öz mübarizə yoldaşlarına qarşı hansı əxlaqsızlıqlara imza atdıqlarını, özləri-özlərini necə ifşa etdiklərini çox görmüşük axı...

Əmin olun, yenə də görəcəyik!





Xəbər 6461 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +