Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video
TƏBİB-də maliyyə yoxlamaları həyata keçirilir
“Azəristiliktəchizat“da nöqsanlar aşkarlandı
“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt


02.10.2025  09:44 

Bakıda sahibkar 12 yaşlı oğlana təcavüz edib





A+  A-

Bakıda 67 yaşlı kişi 12 yaşlı oğlana təcavüz edib.

XəzərNews.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ü.Abdullayev küçəsində yerləşən ərzaq mağazasında baş verib. Mağaza sahibi, 1958-ci il təvəllüdlü Mürvət İbrahimov (ad və soyad şərtidir) qonşuluqda yaşayan, 2013-cü il təvəllüdlü oğlana qarşı seksual zorakılıq edib.

Məlumata görə, 2013-cü il təvəllüdlü oğlan hər gün səhər saatlarında oxuduğu orta məktəbə gedərkən, məktəbin yaxınlığında yerləşən mağazaya daxil olub, oradan yemək üçün qoğal və digər qidalar alırmış.

Bir gün oğlan yenidən şirniyyat almaq üçün mağazaya daxil olur. M.İbrahimov ona pulsuz şirniyyat verərək, onu mağazanın arxa otağına keçirib, orada seksual xarakterli hərəkətlər edib. O, daha sonra oğlana 1 manat verib ki, bu hadisəni heç kimə deməsin.

Bundan sonra M.İbrahimov hər gün oğlan dərsə gedən zaman onu mağazaya çağırır, şirniyyat verərək ona qarşı seksual hərəkətlər edir.

Təxminən bir il bu hərəkət davam edir. Bir gün oğlan səhər saatlarında yenidən mağazaya konfet almağa gəlir. 67 yaşlı Mürvət ona konfet verib mağazanın arxa otağına keçirir. O, oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olur. Daha sonra o, uşağa 2 manat verərək, bu hadisəni heç kimə deməməyi bildirir.

12 yaşlı oğlan həmin gün heç kimə heç nə deməsə də, səhəri gün ağrıları başladığından bu barədə anasına məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 67 yaşlı Mürvət İbrahimov saxlanılır, faktla bağlı cinayət işi başlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İbrahimov 16 il azadlıqdan məhrum edilir.//Oxu.az

Xəbər 2445 dəfə oxunub.



28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +