“Napoli”- “Qarabağ” oyununu bu hakim idarə edəcək
Nazirin duruşu müzakirə yaratdı: Penitensiar Xidmətin açılış fotosu...
Keçmiş nazir Kiprdə hücuma məruz qalıb
Polşa “sülh planı”nda iştirak etməyə hazırdır
Zelenski dilemma qarşısında - Nə etməli?
Mingəçevirdəki qətllə bağlı... - Açıqlama
Keçmiş sevgilisinin dostu ilə birlikdə!
“Monqol quzusu – 12.99” - Marketlər bu əti niyə sevir?
Sabah hava yağmursuz keçəcək
Goranboyda yaşayış binasının döşəməsi çöküb


21.11.2025  11:18 

Kürəkənimin sevgilisi qızımı söyürdü...





A+  A-

Gəncədə noyabrın 7-də törədilmiş qətlin təfərrüatları məlum olub.

XəzərNews.az xəbər verir ki, mərhumun anası Mehriban Sadıqova gencexeber.az-a açıqlamasında kürəkəni Ramin Alıyevin başqa qadınla münasibət qurmasının cinayətə səbəb olduğunu deyib.

O iddia edib ki, Ramin 4 il əvvəl Zümrüd adlı (ad şərtidir) qadınla birgə yaşamağa başlayıb və bu münasibət ailədə gərginliyi artırıb. Ayşən həmin dövrdə davamlı olaraq zorakılıq, təhqir və döyülmələrə məruz qalıb.

İddialara görə, Ramin həm Ayşən və üç övladı ilə Gülüstan qəsəbəsində kirayədə yaşayıb, həm də Zümrüd üçün ayrıca ev tutaraq onunla gizli münasibətini davam etdirib.

Mehriban Sadıqova qeyd edib ki, Ramin Zümrüd üçün 4 min manatlıq telefon və çoxsaylı qızıl-zinət əşyaları alıb, lakin övladlarının qayğısını təmin etməyib. Onun sözlərinə görə, bütün xərcləri özü qarşılayıb.

Hadisədən bir neçə ay əvvəl Zümrüd Ayşənin uşaqları ilə yaşadığı binanın həyətinə içkili halda gələrək səs-küy salıb. Qonşuların sözlərinə görə, qadın Ayşənin Ramindən ayrılmasını tələb edib və nalayiq ifadələr işlədib.

O əlavə edib ki, həmin vaxt Ramin Alıyev hadisə yerinə gəlib və Zümrüdü zorla maşına mindirərək aparıb. Qadın sonradan hüquq-mühafizə orqanlarına şikayət edib.

“Kürəkənimin sevgilisi qızımı söyür, təhqir edirdi, saysız-hesabsız zənglər olurdu, təzyiq göstərirdi”, - mərhumun anası qeyd edib.

Eyni zamanda, Raminin paralel münasibəti və qadının tələblərini yerinə yetirmək üçün etdiyi xərclər ailəyə 10 minlərlə manat borc yükü yaradıb.

Qeyd edək ki, 31 yaşlı Ayşən Sadıqova 2 həftə əvvəl Gəncədə küçədə bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, yolda vəfat edib. Onun 42 yaşlı həyat yoldaşı Ramin Alıyev şübhəli kimi saxlanılıb.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Xəbər 575 dəfə oxunub.



23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu


BÜTÜN XƏBƏRLƏR +