Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


21.06.2025  09:51 

Turistləri qaçırmaq istəmiriksə...





A+  A-



Adətən ölkəyə gələnlərin ilk maraqlandığı məsələ gedəcəyi ünvana necə çatmaqla bağlı olur. Taksi qiymətləri əl verməyəndə, taksi sürücüləri məsafəyə görə xidmətdən imtina edəndə, ən yaxşı seçim - ictimai nəqliyyatdır.


Bilet üçün mütləq kart almaq tələbi


Ölkəyə nabələd olan turist və ya qonaq bu xidmətdən istifadə etmək üçün təbii ki, öncə bilet axtarır. Aeroportun qarşısındakı “BakıKart” ödəniş terminalını soraqlaşıb tapdıqdan sonra bilet almaq çətinliyi ilə üzləşir: çünki aparatdan birdəfəlik bilet almaq mümkünsüzdür. Əvvəllər bu funksiya olsa da, hazırda bir gediş üçün yalnız 2 AZN ödəyib kart almaq və daha sonra ora pul yükləmək lazımdır. Aparatın qalıq qaytarmaması, dil seçiminin olmaması da ayrıca problemdir. Ölkəyə gələn turist kartı almaq üçün hansı dili seçsin ki, xidmətdən istifadə edə bilsin? Məsələn, bu günlərdə hava limanının qarşısında bir əcnəbiyə kömək etməsəydim, yolun ortasında köməksiz qalacaqdı...

Beynəlxalq standartlara uyğun ödəniş aləti?

Dünya ölkələrinin təcrübəsində birdəfəlik, günlük, həftəlik, 24 saatlıq və s. biletlər var. Yəni yalnız bir gediş üçün sərnişinin kart almasına, əlavə xərc çəkməsinə ehtiyac olmur.

“BakıKart” haqqında saytlarında “beynəlxalq standartlara uyğun ödəniş aləti” qeydi edilsə də, aparatın bank kartı ilə bilet almaq funksiyası da yoxdur. Xarici təcrübədə, ölkənin valyutasını mübadilə etməsən belə, bileti istənilən bank kartı ilə rahat almaq mümkündür. Bizdə isə əldə milli valyuta olmasa, istənilən adam çətin vəziyyətdə qalacaq... Aparatların yanında turistlərin çaş-baş qalmaması üçün kömək edəcək əməkdaş da görünmür.

Hər şey yaxşıdır, amma...

Digər məsələ “Aero Ekspress” avtobusu ilə bağlıdır. Avtobusun intervalının 15 dəqiqəyə endirilməsi, rahatlığı əladır. Amma gedişi “28 May” stansiyasının yaxınlığında olsa da, aeroportdan qayıdanda son dayanacağı Səməd Vurğun bağı tərəfdədir. Bu dayanacaq metro stansiyasından və əsas dayanacaqlardan çox uzaqdır. Əlində yüklə gələn turistlərin axşam-axşam küçənin ortasında dayanıb getməyə istiqamət axtardıqlarını şəxsən müşahidə etdim...

“Aero Ekspress”in metrodan-metroya olması dünya təcrübəsidir. Düzdür, avtobus yolüstü “Koroğlu” metro stansiyasında dayanır, amma bu stansiya şəhər mərkəzindən xeyli kənardır.

Yaxşı olar ki, AYNA, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Assosiasiyası üzdə “kiçik” görünən, amma turistlər üçün əhəmiyyətli olan bu məsələyə diqqət çəksinlər.

Əgər turistləri qaçırmaq istəmiriksə, bu kimi məqamlara diqqət etməliyik!

Mənbə: Kaspi

Xəbər 3356 dəfə oxunub.



06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +