Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


16.05.2023  11:10 

Sədərəkdən enerji içkiləri keçirilməsinə qadağa qoyulub





A+  A-

Sədərək Gömrük Keçid Məntəqəsi Türkiyədən enerji içkiləri gətirilməsi ilə bağlı yeni qayda tətbiq edib. Qaydaya əsasən, gömrüyü keçən vətəndaşlar Naxçıvana bir ədəd də olsun bu içkilərdən keçirə bilməz. Bundan əvvəl isə hər kəsə 10 ədədə kimi icazə verilirdi. Vətəndaşlara tətbiq olunan qadağanın əksinə olaraq isə, bu işin monopliyasına nəzarət edənlər bu məhsulları tonla keçirə bilir.

XəzərNews.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib.

Onlar deyir ki, qadağa ilə bağlı gömrükdə bildirş lövhəsi də asılıb.

Şərur rayon sakini Mahir Qurbanov deyib ki, gömrük işçiləri ondan çantasındakı 3 ədəd “Red Bull”u ya açıb içməyi, ya da atmağı tələb ediblər:

“Uzun illərdir Türkiyədə işləyirəm. Tez-tez gedib gəlirəm. İstanbuldan gələrkən hər dəfə 5-10 ədəd enerji içkisi alıram. Yoboyu içdiyimi içib, qalan 3-4 ədədi evə aparırdım. Heç kim 10 ədədə kimi söz demirdi . Bir neçə gün əvvəl Türkiyədən Naxçıvana gələrkən 3 ədəd “Red Bull” qalmışdı. Dedilər ki, qəti qadağandır. Ya geri qaytar, ya da at sonra gəl keç. Məcbur qalıb enerji içkilərini Türkiyəyə gedən tanışlara hədiyyə etdim”.

Kəngərli rayon sakini Bahadur Mustafayev isə deyir ki, gömrükdə təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib:

“İğdırdan 4 ədəd almışdım ki, evdə gündə birini içərəm. Naxçıvanda eyni içkilər ikiqat baha satılır. Gömrük işçiləri dedilər ya aç iç, sonra keç, ya da burda qoy get. Bilirdim ki, orda qoysam, özləri götürüb ya içəcək, ya da evə aparacaqlar. Onlara qalmasın deyə, hamısını açıb, orada içdim, sonra gömrüyü keçdim. Əvvəl bir neçə ədədə söz demirdilər. Yeni gələnlər bu monopooiyanı da ələ keçirdikdən sonra bu qadağanı tətbiq etməyə başlayıblar”.

Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük Keçid Məntəqəsi ilə əlaqə saxladıq. Məntəqədən bütün növ enerji içkilərinə qadağa qoyulduğunu təsdiqləsələr də, bunun monpoliya ilə əlaqəli olduğu ittihamını rədd etdilər.

Xəbər 2832 dəfə oxunub.




07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +