Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


20.04.2018  23:27 

Fazil Məmmədovun adamı “Atena”nı satır - Qarşıdurma





A+  A-

Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin ləğv edilərək əmlakının distribyutorluq ilə məşğul olan “Avrora” şirkətinə satılması nəzərdə tutulur.
XəzərNews.az xəbər verir ki, “Atena” şirkətinin satış müdiri Rəfail Rəsulovun “Marja”ya verdiyi məlumata görə, bir neçə il öncə, Fazil Məmmədov vergilər naziri olan dövürdə Nazirlikdə departament direktorunun müavini vəzifəsində çalışmış İsrafil Qasımov adlı şəxs “Atena” şirkətinə şərik edilib:

“İsrafil Qasımov “Atena”nın fəliyyətinin genişləndirilməsi niyyətilə şirkətə şərik edildi. Şirkətə nəzarət edə biləcək qədər pay yeni səhmdar İsrafil Qasımova satıldı. Bir neçə gün öncə İsrafil Qasımov “Atena” şirkətini “Avrora” şirkətinə satmağa qərar verdiyini və “Atena”nın bütün əməkdaşlarının işdən azad ediləcəyini bildirib. “Atena”nın tək satışda 200 nəfər işçisi mövcuddur. Bu qədər insanın qısa müddətdə ixtisar ediləcəyi narazılıq yaradıb”.

R. Rəsulovun sözlərinə görə, İsrafil Qasımovun göndərdiyi adamlar basqın edərək “Atena” şirkətinin Bakıdakı və Ağcəbədidəki ofislərini tutublar.

Rəfail Rəsulov əlavə edib ki, İsrafil Qasımov keçmiş vergilər naziri Fazil Məmmədovun adamıdır.

Xəbər 3344 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +