Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


24.10.2017  17:54 

Qaçan məhbusları hansı əlavə cəza gözləyir?





A+  A-

Məhbusların Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakıya gətirilərkən paytaxtda nəzarətdən yayınaraq qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Nəzarətdən yayınaraq qaçan məhbusları və onların qaçmasına görə Penitensiar Xidmət əməkdaşlarını hansı cəza gözləyir?
XəzərNews.az xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova Trend-ə açıqlamasında bildirib ki, nəzarətdən yayınaraq qaçan məhbusların cəzası ağırlaşdırılacaq: "Həmin məhbuslara öncə ittiham olunduqları cinayət əməli ilə bağlı aldıqları cəzaya əlavə olaraq, azadlıqdan məhrumetmə yerindən qaçdıqlarına görə də 2 ildən 6 ilədək cəza veriləcək. Yəni hazırkı cinayət işinin istintaqı bitdikdən sonra həmin təqsirləndirilən şəxslərə verilən əvvəlki cəza ilə sonradan törətdikləri cinayətə görə verilən cəza toplanacaq".

İ.Cavadova bildirib ki, məhbusların qaçmasında Penitensiar Xidmət əməkdaşlarının iştirakı faktı olarsa, həmin əməkdaşları isə daha ağır cəza gözləyir: "Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur".

Vəkil qeyd edib ki, bu məsələ istintaqın gedişində ciddi araşdırılacaq, məhbusların hansı şəraitdə qaçması müəyyən ediləcək: "Onlara qaçmağa şərait yaradılıb, ya yox? Bu hallar araşdırılandan sonra təqsirləndirilən şəxslərin daşınmasına cavabdeh olanların cəzaları dəqiq bilinəcək. Həmin maddədən əlavə, Penitensiar Xidmətin məhbuslara nəzarət, onların daşınması və təhlükəsizliyi ilə bağlı daxili qaydaları da var. Bu qaydaların da müddəalarının pozulub-pozulmaması araşdırılmalıdır".

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 2672 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +