“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


17.04.2020  10:52 

Gürcüstanda maska taxmaq məcburi oldu





A+  A-

Gürcüstanda aprelin 17-dən etibarən qapalı ictimai yerlərdə mütləq tibbi maska taxması haqqında qərar qəbul edilib.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən bildirir ki, bunu ölkənin Baş Nazirinin məsləhətçisi İrakli Çikovani brifinqdə açıqlayıb.

“Bu tələbin yerinə yetirilməsinə görə məsuliyyət hüquqi şəxslərin üzərinə düşür. Tələbin icrasına nəzarət etməyən hüquqi şəxslər 15 min lari (8082,41 AZN - red.) məbləğində cərimə olunacaqlar”, - Çikovani deyib.

Bununla yanaşı, Baş Nazirin məsləhətçisi qeyd edib ki, əgər bütün Gürcüstan vətəndaşları, özəl sektor, hakimiyyət, biznes adamları və din xadimləri daxil, fövqəladə vəziyyət çərçivəsində məhdudiyyət və qadağalara əməl etməyəcəklərsə, karantin bütün ölkədə elan ediləcək.

Həmçinin, aprelin 17-dən bütün ölkədə minik avtomobillərinin hərəkəti qadağan edilib.

Qeyd edək ki, aprelin 16-da Gürcüstanda COVID-19-a yoluxanların sayı 348-ə yüksəlib. Onlardan 76-sı sağalıb, 3 pasiyent vəfat edib.

Xəbər 3223 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +