“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib
“LeoBank”ın kampaniyasının məqsədi nədir?
Bu gündən xanım sürücülər “BakuBus”da
Sabaha gözlənilən hava şəraiti açıqlandı


17.11.2025  12:20 

Maduronun “qaçış marşrutları”: Siyahıda Azərbaycan da var





A+  A-

Xəbər verdiyimiz kimi, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən iri və ən müasir təyyarədaşıyan gəmisi olan USS Gerald R. Ford Karib dənizinə daxil olub və Venesuela sahillərinə doğru hərəkət edir. Gəmi heyətində 4000-dən çox hərbçi, onlarla zərbə qırıcısı, kəşfiyyat və hücum helikopterləri yerləşdirilib.

XəzərNews.az xəbər verir ki, Pentaqonun açıqlamasına görə, zərbə qrupu müdafiə naziri Pit Heqsetin əmri ilə narkoterrorçuluğa qarşı əməliyyatların genişləndirilməsi çərçivəsində bölgəyə göndərilib. ABŞ son aylarda Venesuela hökumətini narkotik ticarəti, silahlı dəstələrin himayəsi və regionda sabitliyə təhdid yaratmaqda ittiham edir.

Bölgəyə belə böyük gücün göndərilməsi ekspertlər tərəfindən həm təhlükəsizlik əməliyyatı, həm də Karakas administrasiyasına siyasi təzyiq kimi qiymətləndirilir. Regional ölkələrdə də vəziyyət diqqətlə izlənir, çünki ABŞ-ın bu addımı Karib hövzəsində yeni geosiyasi gərginlik yarada bilər.

Politico nəşri daha əvvəl məlumat vermişdi ki, Vaşinqton administrasiyası Nikolás Maduronun mümkün “qaçış marşrutları”nı təhlil edir. Məlumata görə, Donald Trampın komandası onun hansı ölkələrə sığınmaq imkanını nəzərdən keçirib və siyahıda Türkiyə, Rusiya, Azərbaycan və Kuba kimi dövlətlər də yer alıb.

Hazırda ABŞ-dan gələn hərbi aktivlik fonunda Venesuela rəhbərliyinin gələcək addımları və regionun ümumi təhlükəsizlik balansı beynəlxalq medianın diqqətindədir. Bu proseslərin davam etməsi Cənubi Amerikada yeni siyasi dinamikanın yaranmasına səbəb ola bilər.

Xəbər 829 dəfə oxunub.




24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +