Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


07.08.2025  15:48 

Zəngəzur dəhlizi TRIPP adlanacaq?





A+  A-

ABŞ prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistan və Azərbaycan liderlərini qəbul edəcək və görüş ABŞ-a Cənubi Qafqazdan keçən strateji nəqliyyat dəhlizinin inkişafı üçün müstəsna hüquqlar verməsini nəzərdə tutan çərçivə sülh sazişinin imzalanması ilə yekunlaşacaq.

Bu barədə Reuters agentliyinə rəsmi şəxslər bildiriblər.

"Liderlərin cümə günü imzalayacaqları sənədlərin diqqətlə razılaşdırılmış hissəsinə əsasən, Ermənistan nəqliyyat dəhlizinin inkişafı üçün ABŞ-a uzun müddətə xüsusi eksklüziv hüquqlar verməyi planlaşdırır. Bu dəhliz "Beynəlxalq Sülh və Rifah üçün Tramp dəhlizi (Trump Route for International Peace and Prosperity) və ya qısaca TRIPP adlanacaq", - rəsmilər bildiriblər.

Onların dediyinə görə, marşrut Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək və ərazidə infrastrukturu quramaq və idarə etmək üçün ABŞ konsorsiumuna subicarəyə veriləcək.

"Kommersiya mexanizmlərinin köməyi ilə bu addım regionu açacaq və gələcək hərbi əməliyyatların qarşısını alacaq", - ABŞ rəsmilərindən biri qeyd edib.

Həmçinin rəsmilərin sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri 1992-ci ildən münaqişədə vasitəçi qismində çıxış edən Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlərdən ibarət Minsk Qrupunun buraxılmasını tələb edən sənədlər imzalayacaqlar.

Adının çəkilməsini istəməyən ABŞ rəsmilərinin sözlərinə görə, Ağ Evdə Trampla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan danışıqlarda və imzalanma mərasimində iştirak edəcəklər.

ABŞ rəsmiləri bildiriblər ki, tərəflər “sülhə aparan konkret yol”a nail olmaq və uzun müddətdir davam edən tranzit problemini həll etmək məqsədi daşıyan çərçivə sənədi imzalayacaqlar.

"Kyiv Post" nəşrinin Amerika rəsmilərinə istinadən yazdığına görə, Birləşmiş Ştatlar “möhkəm təhlükəsizlik zəmanəti” vermir və bu marşruta qoşun göndərmir. Əvəzində ABŞ-ın iştirakı sırf kommersiya xarakteri daşıyacaq: Vaşinqton “yüksək səviyyəli operatorlarla” razılaşmalar vasitəsilə marşrutun “bütün tərəflər üçün təhlükəsiz işləməsini” təmin etmək üçün məsuliyyət daşıyacaq./Bakupost.az

Xəbər 901 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +