Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


07.11.2025  11:06 

Futbolda mərc əməliyyatı: saxlanılanlar var





A+  A-

Türkiyədə hakimlərin mərc saytlarına üzvlüyü məsələsi ilə bağlı istintaq çərçivəsində 19 nəfər saxlanılıb. Onlardan 17-si hakim və biri isə klub prezidentidir.

XəzərNews.az bu barədə "Hürriyet"ə istinadən xəbər verir ki.

İstanbul Respublika Baş Prokurorluğu, ictimaiyyətdə "hakimlərin mərc saytlarına üzvlüyü” kimi tanınan istintaq çərçivəsində aralarında 17 hakim və bir Super Liqa klubunun prezidentinin də olduğu 21 şübhəlidən 19-nun saxlanıldığını açıqlayıb.

Baş Prokurorluğun məlumatında bildirilib ki, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlunun "371 hakimin mərc hesabının olduğu, onlardan 152-nin aktiv şəkildə mərc oynadığının müəyyən edildiyi” barədə bəyanatı əsasında başlanılan istintaq zamanı, hakimlərin dövlət qulluqçusu statusuna malik olmaları da nəzərə alınaraq, bu fəaliyyətin xidməti öhdəliklərə zidd olduğu qiymətləndirilib. Hakimlərin mərc oyunlarına yatırdıqları vəsaitlər, vəzifələrindən qazandıqları gəlirlər və digər şəxsi gəlirləri müqayisə edilib, həmçinin "İdmanda zorakılığın və nizamsızlığın qarşısının alınması haqqında” qanunda yer alan oyun nəticəsinə təsir və "qumar” iddiaları araşdırılıb.

Aparılan araşdırma nəticəsində ilkin mərhələdə A.K.K., A.T., B.K., B.T., B.E.A., C.B., E.A., M.Y., M.Ö., N.O., N.K., S.E.T., Ş.B., U.T., U.K., Y.Y. və Y.Ş. adlı 17 hakim barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə” və 6222 saylı qanunda nəzərdə tutulan "oyun nəticəsinə təsir etmə” maddələri üzrə; Super Liqada yer alan bir klubun prezidenti M.Ö., bir klubun keçmiş sahibi T.C. və keçmiş dərnək rəhbəri M.F.S. barəsində "oyun nəticəsinə təsir etmə”; sosial şəbəkələrdə qaynağı bəlli olmayan manipulyativ məlumatlar paylaşdığı üçün U.E. barəsində isə "ictimaiyyəti qəsdən yanıltmaq” maddələri ilə ümumilikdə 21 şəxs haqqında həbs qərarı çıxarılıb.

Nuray

Xəbər 1254 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +