Ramiz Mehdiyevə 4 ay ev dustaqlığı... - Məhkəmə
Bu halımızla bizə mədəniyyət ölkəsi demək...
Daha çox şikayət olunan internet provayderləri - SİYAHI
Astarada mal-qara arasında dabaq xəstəliyi yayılıb
TƏBİB deputatın oğluna 392 min ödəyəcək
“Karvan”da kabab yeməyə gəlmişdiz? - Aparat rəhbərinə sual
“Bank VTB“nin müştərisi azaldı
Nazirliyin səlahiyyətlərindən biri ləğv edildi - Sərəncam
Bakıda məşhur həkim xəstəni zorla xəstəxanadan çıxarıb?
Aparıcı ilə “Kontakt Home“nin 8 qəpik borc qalmaqalı - VİDEO


16.02.2024  18:28 

Nemət Pənahlı ölkədən çıxa, maşın sürə bilməz - Səbəb?





A+  A-

Fəaliyyəti dayandırılmış Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.

Xəzərnews.az xəbər verir ki, Qaynarinfo-ya istinadən xəbər verir ki, idarə bu mübahisədən dolayı Nemət Pənahlını məhkəməyə verib. İş hazırda apellyasiya mərhələsindədir.

Qaynarinfo detalları öyrənmək üçün Nemət Pənahlı ilə əlaqə saxlayıb.

Keçmiş partiya sədri bildirib ki, həbsdə olarkən vergi borcu yaranıb: "Səhv etmirəmsə, 17 000 manat vergi borcu yazıblar. Məni buna görə məhkəməyə veriblər ki, maşınımı satıb vergi borcunu ödəyim. Lakin birinci məhkəmənin harada keçirilməsi ilə bağlı məlumatım yoxdur. Çünki xəbərim olmadan proses keçirilib. Bu barədə mənə nə məlumat verilib, nə də məhkəməyə çağrılmışam. Məhkəmənin qərarı gəlib ki, maşın satılsın, vergi borcu ödənsin. Bundan sonra da mən apellyasiya şikayəti vermişəm".

Nemət Pənahlının sözlərinə görə, onun ölkədən çıxışı da məhdudlaşdırılıb. "Bir neçə ildir ölkədən kənara çıxa bilmirəm", - deyə keçmiş partiya sədri əlavə edib.

O, daha sonra qeyd edib ki, bundan qabaq da eyni iddia ilə məhkəməyə verilib: "Lakin vergi orqanının iddiası rədd edilib. Onlar apellyasiya şikayəti verib. Şikayət də təmin olunmayıb. Bundan sonra yenidən məni məhkəməyə veriblər və xəbərim olmadan əleyhimə qərar çıxarılıb. Hələ başqa qanunsuzluqlar da var. Məsələn, bu işlə bağlı yoldaşımın və oğlumun sürücülük hüququ məhdudlaşdırılıb. Onlar avtomobildən istifadə etməyib. Sadəcə mən onların hər ikisinə avtomobili idarə etmək üçün etibarnamə vermişəm. Yəni, zərurət yaranan zaman onlar maşını idarə edə bilsin. İndi mən çox adama etibarnamə verə bilərəm, belə çıxır ki, onların da sürücülük hüququ məhdudlaşdırılmalıdır? Bu absurddur axı. Oğlum Türkiyədə yaşayır. Amma onu 3 dəfə sürücülük hüququndan məhrum ediblər. Bununla bağlı da məhkəməyə müraciət etmişəm".

Məlumat üçün deyək ki, Nemət Pənahlının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq. Məhkəməni vaxtı hələ müəyyən edilməyib.


Xəbər 2987 dəfə oxunub.




14.10.2025  17:26 

Sabiq başçı həbsdə qaldı -FOTO

14.10.2025  11:40 

İcra başçısı vəfat etdi -FOTO

14.10.2025  11:23 

Baş nazir əmr imzaladı


BÜTÜN XƏBƏRLƏR +