Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO
Kiyev yenidən vuruldu: Ölü və yaralılar var
Hər anlarını qorxu içərisində yaşayırlar
“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib


11.08.2020  13:50 

Karantini pozan sürücü və 27 sərnişin cərimələndi





A+  A-

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Siyəzən rayonundan Xaçmaz rayonuna sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, bu qanunsuz fəaliyyətlə məşğul olan Siyəzən rayon sakini Mübariz Məhərrəmov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnişinləri Xaçmaz rayonuna aparmaq istəyən zaman rayonun girişində polis əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlanış zamanı M.Məhərrəmovun icazəsi olmayan 27 sərnişini Xaçmaz rayonuna apardığı məlum olub.

Sürücü M.Məhərrəmov və 27 sərnişinlər barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

Xəbər 3392 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +