Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO
Kiyev yenidən vuruldu: Ölü və yaralılar var
Hər anlarını qorxu içərisində yaşayırlar
“Söyüş blogerləri“nin sponsoru Adnan imiş - İddia
Ukraynanın sülh danışıqlarında... - Stefançukdan açıqlama
Şeyxin qızının və nəvəsinin obyektlərinin istismarına icazə verdi
Diaspor sədri Krım Platformasının IV Parlament Sammitində - Foto
Siyasi təzyiq altındayıq -Zelenski
Türkiyə dünyanın parlayan ulduzudur - Ərdoğan
Rus ordusu Zatişye işğal edib


28.06.2018  11:36 

“”İrşad Electronics”dən telefon almayın” – Şirkətə qarşı ciddi İDDİA





A+  A-

“İrşad Electronics” şirkəti fırıldaqçılıqda ittiham edilir.
XəzərNews.az Minval.info-ya istinadən xəbər verir ki, Bakı sakini Nərmin Rüstəmli şirkətdə satılan mobil telefonların hamısının deffektli olduğunu iddia edir. Belə ki, şikayətçi ailə üvzünün oradan aldığı mobil telefonda ciddi problem yarandığını, amma “İrşad”ın onlara köməklik göstərmədiyini söyləyir.

“Bacım “İrşad”dan “Xiaomi” “Mi 1” model mobil telefon aldı. Apardıq qaytarmağa, dedilər, guya zədəsi var. Amma 100 faiz heç bir zədə olmayıb. Satıcılar belə bunu sübut edən hər hansı bir iz tapmadı. Nəysə, deməyim odur ki, buradan telefon alıb əsəblərinizi pozmayın. Əvvəllər “İrşad”dan “Qızıl” zəmanətlə çox telefon almışıq. İndi bilirlər ki, bu qaydada satsalar alınan mallar geri qaytarılacaq, ona görə zəmanətlə verilmir” – Nərmin xanım bildirir.

Şikayətçinin ittihamları ilə əlaqədar “İrşad Electronics” şirkətindən açıqlama verilib:

“Bizdə “Qızıl” zəmanət 3-4 il bundan əvvəl verilirdi. Bütün telefonlar əla ola bilməz ki, deffektin hər bir məhsulda meydana çıxma ehtimalı var. Başqa şirkətdə satılan mobil telefonlarda da problemin olmağı istisna deyil. Zavod istehsalında nasazlıq varsa, əlbəttə, müştəriyə köməklik göstərilir. Bəzən bu proses uzun çəkdiyindən narazılıq yaranır. Müştəri malın deffektli satıldığını söyləməyə başlayır”.

Xəbər 3478 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2025  10:35 

Bakıda yaşayış evində yanğın

24.11.2025  15:35 

Rus ordusu Zatişye işğal edib

23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +