Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


04.01.2022  11:32 

Əhali ETİRAZa qalxdı - bahalaşmaya görə





A+  A-

Qazaxıstanın Manqistau vilayətinin Aktau, Janaozen və bir neçə rayonunda yanvarın 3-dən kütləvi etiraz aksiyaları keçirilir.

Buna səbəb nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması olub.

Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb edirlər.

Əlverişsiz hava şəraitinə görə etirazçılar böyük çadırlar quraraq orada gecələyiblər.

Yüzlərlə insan hökumət qarşısında 3 tələb irəli sürüb: qazın qiyməti 1 litr üçün 60 təngəyə endirilsin; tarlalarda yeni işçilərin işə götürülməsinə qoyulan moratorium (mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəliyin müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması - red.) aradan qaldırılsın, ərzaq qiymətləri aşağı salınsın.

Ölkənin Energetika Nazirliyi açıqlamasında bildirib ki, qazın qiymətini indi tələb və təklifə uyğun olaraq bazar özü formalaşdıracaq. Akimat (regional icra orqanı –red.) qaz qiymətlərinin tənzimlənməsində iştirak etmir, çünki bu məhsul rəqabət mühitinə aiddir. Eyni zamanda, fərdi sahibkarlar tərəfindən əsassız olaraq qiymət artımı faktları baş verdikdə, Rəqabətin Müdafiəsi Agentliyinin şöbəsi tərəfindən inzibati tədbirlər görülür.



Etirazlar fonunda Baş nazir Əsgər Maminin sərəncamı ilə Manqistau vilayətində sosial-iqtisadi vəziyyətə baxılması üçün hökumət komissiyası yaradılıb.

Prezident Kasım -Jomart Tokayev isə öz tvitter hesabında yazıb ki, Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb.

“Komissiyaya tapşırılıb ki, ölkəmizdə sabitlik maraqları naminə problem məqbul həllini tapsın. Hüquq-mühafizə orqanlarına ictimai asayişin pozulmamasını təmin etmək tapşırılıb. Nümayişçilər məsuliyyətli olmalı və dialoqa hazır olmalıdırlar”, - deyə Tokayev vurğulayıb./Qafqazinfo

Xəbər 3272 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +