Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


28.02.2017  12:27 

Magistratura və dövlət qulluğuna qəbul pullu olacaq





A+  A-

“İmtahanların ödənişi ilə bağlı Prezidentin Tarif Şurasına verdiyi 15 iş günü hələ bitməyib. Bu həftə ərzində Tarif Şurası qiymətlərlə əlaqədar qərarı elan edəcək”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, DİM lazım olan məlumatları Tarif Şurasına təqdim edib.
“Magistratura, rezidentura və dövlət qulluğuna qəbul imtahanlarını hər bir şəxs özü ödəyəcək. Onlar hamısı həddi buluğa çatmış insanlardır, təhsilin növbəti pilləsi və ya işə qəbulla bağlı ödənişi etmək imkanına malikdirlər. Yalnız bu il məzun olanlar qəbul imtahanları üçün onlara verilən iki cəhddən birini dövlət öz üzərinə götürüb”.
M.Abbaszadə qeyd edib ki, Tarif Şurasının qərarından sonra magistratura, rezidentura və dövlət qulluğuna qəbulla bağlı imtahanların vaxtını müəyyən etmək mümkün olacaq.
“Tarif Şurasının qərarı olan kimi imtahanların vaxtını elan edəcəyik. Magistratura və rezidentura imtahanları ilə bağlı deyə bilərəm ki, imtahanlar aprel ayından tez olmayacaq. Eyni zamanda martın 19 və 26-da sınaq imtahanlarının keçirilməsini də nəzərdə tutmuşuq”.
M.Abbaszadə bildirib ki, imtahanların 2 dəfədən çox olması məsələsi noyabr ayından başlana bilər. “Biz imtahanların 3 və daha çox keçirilməsini noyabr ayından başlaya bilərik. Ola bilsin ki, növbəti tədris ili üçün artıq noyabr ayından qəbul imtahanlarını elan edək. Bir neçə imtahanın keçirilməsi magistraturaya sənəd verənlər üçün də ola bilər”.

Xəbər 5749 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +