TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


24.10.2025  11:44 

İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı





A+  A-

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğlu barəsində “casusluq” və “çıxar məqsədli cinayət təşkilatı yaratmaq” ittihamı ilə istintaq başladılıb.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun məlumatına görə, araşdırma İBB-yə məxsus “İstanbul Senin” mobil tətbiqi vasitəsilə 4,7 milyon istifadəçiyə aid şəxsi və məkan məlumatlarının iki xarici ölkəyə ötürülməsi, 3,7 milyon nəfərin məlumatlarının isə “darkweb”də satışa çıxarılması iddiaları ilə bağlıdır.

Həmçinin istintaq zamanı “İBB Hanem” adlı alt-tətbiq vasitəsilə 11 milyon vətəndaşın səsvermə və seçki məntəqəsi məlumatlarının sistemdən kənarlaşdırıldığı müəyyən edilib.

Hadisə ilə bağlı ümumilikdə 15 nəfər barəsində həbs qərarı verilib.

İttiham çərçivəsində “Tele1” televiziya kanalının qurucusu və baş redaktoru Merdan Yanardağ, eləcə də İmamoğlunun müşaviri Necati Özkan saxlanılıb. Onlar ifadə vermək üçün prokurorluğa aparılıblar.

Əkrəm İmamoğlunun isə yaxın günlərdə dindirilməsi gözlənilir.

Xəbər 2336 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +