Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı
Azad edilmiş rayonlara şəxsi maşınla getmək olar
Sabah gündüz 21° isti olacaq
Zelenski Putinlə nəyi müzakirə etmək istəyir?
Sıbiqa danışıqlar üçün Antalyaya gedib
Bir kisə pulu Rusiyadan çıxararkən saxlanıldı
Torpaq sənədi satan məmur həbs olundu
Sərhədi pozan 2 iranlı saxlanıldı


19.06.2023  13:49 

Dağlarda sənə Xızır ola bilmədiyim üçün bağışla!





A+  A-

Zülfüqar Hüseynzadənin vaxtsız vəfatı hamını sarsıdıb. Şəxsi məsələlərini, problemlərini heç vaxt qabartmayan jurnalistin qəfil ölümü həm də müəyyən suallar yaradıb: birdən-birə nə oldu?

İki il əvvəl onunla eyni binada otururduq. Bir gün halı qəfil pislədi. Mən çatanda tərin-suyun içindəydi. Təcili yardım şəkərin birdən-birə düşməsi “diaqnozunu” qoymuşdu.

Bizim israrımızdan sonra xəstəxanaya götürmək qərarını verdilər.

Binəqədidəki Məlikov adına xəstəxanaya aparırdılar, yolda dayandırdıq, “Semaşko”ya apardıq. Zülfüqarın istəyi ilə Qənirə Paşayevaya zəng elədim, sağ olsun, az sonra xəstəxanaya gəldi. Yol boyu Rəşad Mahmudovla əlaqə saxlamağa çalışıb ki, Zülfüqarı Gömrük Xəstəxanasına yerləşdirsin. Amma Rəşad doktor telefonu açmayıb.

Həkimlərin dediyinə görə, infarkt öncəsi vəziyyət idi, amma təhlükə keçmişdi. Qərara gəlindi ki, gecə qalsın, səhər tam müayinə olunar. Otaqdan çıxanda qolumdan yapışıb “mən burda qalsam öləcəm” - dedi.

Bu vaxt Rəşad doktor Qənirə xanımı yığdı, vəziyyəti bilən kimi təcili yardım briqadası göndərdi. Gömrük Xəstəxanasına çatan kimi anjuya saldılar. 5-6 dəqiqə sonra həkim məni təcili angioqrafiya otağına çağırdı, orda Zülfüqarın böyük ürəyini gördüm, dedi, bu ürək infarkt keçirir, çox az zaman var, yoxsa bu döyüntülər eşidilməyə bilər...

Beləliklə, Zülfüqar təcili əməliyyata götürüldü, Rəşad doktor stend qoydu. Qənirə xanımın sayəsində Rəşad doktorun operativ müdaxiləsi Zülfüqarı xilas etdi.

Xəstəxanaya gedəndə iki adama xəbər verməyimi istəmişdi – Qənirə Paşayevaya və Elşad Eyvazlıya...

Zülfüqar o hadisədən sonra mənə Xızır deyirdi.

Dağlarda sənə Xızır ola bilmədiyim üçün bağışla!

Elçin Zahiroğlu

Xəbər 1235 dəfə oxunub.




14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +