Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


14.06.2017  12:23 

Təhsil naziri builki məzunlara müraciət etdi





A+  A-

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin buraxılış siniflərini bitirən məzunlara təbrik ünvanlayıb.
XəzərNews.az-ın məlumatına görə, nazir deyib:

“Əziz məzunlar!
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - məzun olan şagirdləri, onların müəllimləri və valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə ən xoş arzularımı yetirirəm!
Siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və yurdumuza olan sevgi və sadiqlikdir.
Dünyanın inkişaf sürəti Sizlər üçün yeni imkanlar yaradır. Əminəm ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu missiya üçün həmişə öndə olmalısınız.
Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm!
Yolunuz açıq olsun!”.

Qeyd edək ki, 2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirir.

Xəbər 1696 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +