“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.10.2021  11:32 

Avropa çempionatında iki bürünc medal qazandıq





A+  A-

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatının yarımfinal mərhələsinin qarşılaşmaları keçirilib.

XezerNews.az xəbər verir ki, finala vəsiqə uğrunda Azərbaycan millisinin iki üzvü rinqə çıxıb. Boksçularımızdan Nicat Hüseynov (51 kq) rusiyalı Ruslan Pirov ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz Kamil Babayev (54 kq) də yarımfinalda gürcüstanlı Giorgi Sajaya ilə görüşdə uğur qazana bilməyib.

Nəticədə hər iki boksçumuz Avropa çempionatını bürünc medallarla başa vurub. Qitə çempionatında final görüşləri oktyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, millimiz Avropa çempionatına 9 boksçu ilə qatılıb.

Xəbər 1630 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +