“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.02.2021  09:54 

Qazaxıstanda rekord göstərici





A+  A-

İlkin məlumata görə, 2020-ci ilin yanvar-dekabr aylarında Qazaxıstanda rekord sayda - 425,6 min uşaq dünyaya gəlib.
XəzərNews.az bildirir ki, bu barədə “Kazinform” BİA ölkənin Milli Statistika Bürosuna istinadən xəbər verir.

Bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 22,6 min nəfər və ya 5,6% və daha əvvəlki rekordun (417,1 min nəfər) qeydə alındığı 1987-ci illə müqayisədə isə 8,5 min nəfər və ya 2% çoxdur.

2020-ci ilin göstərilən dövrü ərzində şəhər ərazisində doğulanların sayı 248,7 min nəfər və ya 58,4%, kənd yerlərində isə 176,9 min nəfər və ya 41,6% təşkil edib.

Doğum zamanı ananın orta yaşı 29,2 olub.

Anaların milliyətinə görə doğulan uşaqların 79,8%-i qazax, 7,9%-i rus, 4,4%-i özbək, 1,5%-i uyğur, 0,9%-i ukraynalı, 0,7%-i tatar və 0,7%-i almandır.

2020-ci ilin yanvar-dekabr aylarında doğum sayının ümumi əmsalı hər 1000 nəfər əhaliyə 22,40 nəfər təşkil edib.

Xəbər 2584 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +