DSX qəza ilə bağlı paylaşım edib
Türkiyə təyyarəsi qəzaya uğradı
Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?


18.07.2019  11:09 

Deputat: “Yaşayış minimumu və maaş artacaq“





A+  A-

"Hesab edirəm ki, yaşayış minimumu rəqəmi mütləq artacaq".
XəzərNews.az xəbər verir ki, bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində millət vəkili Hadi Rəcəbli deyib.

Deputat qabaqcadan bunun proqnoz verib: "Bizim istədiyimiz yaşayış minimumunun reallıqlara daha məqbul, yaxın olmasıdır. Statistika Komitəsi ilə İqtisadi İnkişaf Nazirliyi birgə bazardakı qiymətlərlə, reallıqlarla, rəqəmləri ölçüb-biçməklə yaşayış minimumu göstəricisini müəyyənləşdirirlər. Mən bunu xüsusi vurğulamaq istərdim ki, beynəlxalq standartlara uyğun olaraq məhz yaşayış minimumu bizə təqdim olunur. Bizim də onlarla mübahisə etməyə sözümüz qalmır, çünki onlar dünya standartlarını, digər məsələləri əsas götürürlər. Bizə də daim deyirlər ki, bu hesablamalar axı minimumdur".

Yaşayış minimumu neçə manata qaldırılacağı ilə bağlı da danışan H. Rəcəbli qeyd edib ki, bu rəqəm ən aşağısı 200 manat ola bilər: "Mümkündür bundan da çox olsun. Nə üçün? Bu gün real bazar qiymətlərinin hesablanması və istehlak səbətinin standartları var. Yəni neçə kalori nə yeyilməlidir, nə geyilməlidir, digər məsrəflər və s. Biz deyirik ki, gəlin bu standartdan da bir az kənara çıxaq, istehlak tələbatını bir az yüksək götürək, nə olar?"

Millət vəkili yenidən minimum əmək haqqı arta biləcəyini deyib: "Ehtimal var ki, artsın. Onu biz indi deyə bilmərik, gələn ilin fevralında deyiləcək. Lakin mən təminat verirəm onun da artım ehtimalı var. Yaşayış minimumu və minimum əmək haqqının artması ehtimalı var. Bugünkü büdcənin müzakirələri bir daha onu göstərir. Digər tərəfdən, büdcəyə daxil olan əlavə, real məbləğlər, gömrükdən, vergidən daxil olan vəsaitlər, Sosial Sığorta Fondunun özünün yığım imkanlarının artması... Görürsünüz, onlar son 5 ayda əlavə 350 milyon vəsait toplamışdılar. Buna görə də biz onlar üçün dövlət büdcəsindən ayrılan dotasiyasını azaltdıq. Düşünürəm ki, ilin sonunadək də bu artım yüksələcək, gələn il üçün də bu ehtimallar var. Əgər biz Sığorta Fondunu dotasiyadan azad etsək - biz ora 1,5 milyard əlavə pul veririk - hətta biz onları yarıbayarı bu vəsaitdən azad etsək, o vəsait yenə də adamlarımıza qayıdacaq".

Xəbər 3642 dəfə oxunub.




11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu


BÜTÜN XƏBƏRLƏR +